Çempionlar Liqası: "Birbaşa Bakı" 1/4 finalda!
07.09.2024 - 16:33

Minifutbol üzrə Çempionlar Liqasının 1/8 finalında Azərbaycan dueli baş tutub.
Apasport.az xəbər verir ki, "Birbaşa Bakı"1/8 finalda Azərbaycanın digər təmsilçisi "AzNur"la üz-üzə gəlib.
Qarşılaşma "Birbaşa Bakı"nın minimal hesablı qələbəsi ilə bitib - 1:0.
Qeyd edək ki, daha əvvəl “AzNur” C qrupunu 5 xalla üçüncü pillədə başa vurub. Eyni xalı toplayan “Birbaşa Bakı” isə E qrupunda lider olub.
0
0