Çempionlar Liqası matçında azarkeş öldü
07.11.2024 - 10:31

Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun “Bavariya” – “Benfika” oyununda xoşagəlməz hadisə yaşanıb.
Apasport.az xəbər verir ki, oyunun gedişi zamanı tribunada bir azarkeş vəfat edib. Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Matçın 3-cü dəqiqəsində halı pisləşən fanat həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki, “Bavariya” “Benfika”nı 1:0 hesabıyla məğlub edib.
0
0