
Bu gün UEFA Çempionlar Liqasında mövsümün son püşkü atılıb.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində 1/4 final cütləri, yarımfinal və finalın potensial rəqibləri bəlli olub.
Kor püşkdə ilk çıxan komanda ev sahibi olacaq.
1/4 final
"Arsenal" - "Bavariya"
"Atletiko Madrid" - "Borussiya Dortmund"
"Real Madrid" - "Mançester Siti"
PSJ - "Barselona"
Yarımfinal
“Atletiko” - “Borussiya” cütünün qalibi / PSJ - “Barselona” cütünün qalibi
“Arsenal” - “Bavariya” cütünün qalibi / “Real” - “Mançester Siti” cütünün qalibi
Finalın nominal ev sahibi "Atletiko Madrid" - "Borussiya Dortmund" / PSJ - "Barselona" yarımfinal cütünün qalibi olacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları isə 30 aprel – 1 may və 7-8 may, final matçı isə 1 iyun tarixində oynanılacaq.