DÇ-2022: “31” kimin olacaq?
13.06.2022 - 10:21

Bu gün DÇ-2022-yə daha bir vəsiqənin sahibi bəlli olacaq.
Apasport.az saytının məlumatına görə, Qitələrarası pley-offda Avstraliya və Peru üz-üzə gələcək.
Asiya və Cənubi Amerika təmsilçiləri mundialın keçiriləcəyi Qətərdə qarşılaşacaq. Bu matçın qalibi dünya çempionatına 31-ci vəsiqənin sahibi olacaq.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
⚽ 22:00. Avstraliya - Peru
0
0