"Fənərbaxça" 5 xallıq fərqi qorudu
19.05.2023 - 00:18

Türkiyə çempionatının 34-cü turuna yekun vurulub.
Apasport.az saytı xəbər verir ki, son matçda "Fənərbaxça" "Trabzonspor"a qalib gəlib - 3:1.
Çempionluq yarışında "Qalatasaray"dan geri düşən "Fənərbaxça" qələbə sayəsində fərqi qoruya bilərdi. Fasiləyədək iki qol vuran ev sahibləri ikinci hissədə də üstün oynayıblar. Yekunda Jorj Jesuşun komandası 3:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, "Fənər" liderdən 5 xal geri qalır.
0
0