“Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi
13.04.2024 - 21:26

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, “Olimpiakos”un yarımmüdafiəçisi Kostas Fortunis bu ada layiq görülüb.
Yunanıstanlı futbolçu 1/4 finalda “Fənərbaxça”ya qarşı ev matçında (3:2) bir qola imza atıb.
Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər arasında Con Makqin (“Aston Villa”, İngiltərə), Martines Kuarta (“Fiorentina”, İta) və Hans Vanaken (“Brügge”) də var idi.
0
0