FİFA: Finalissima yoldaşlıq oyunudur
24.06.2022 - 22:49

Avropa və Cənubi Amerika çempionlarının üz-üzə gəldiyi Finalissimanın FİFA tərəfindən aldığı qiymət bəlli olub.
Apasport.az saytının məlumatına görə, ali futbol qurumu bu İtaliya – Argentina matçına yoldaşlıq oyunu statusu verib.
Yığmaların dünən açıqlanan FİFA reytinqində də qarşılaşma yoxlama xarakterli matç kimi nəzərə alınıb. 3:0 hesablı qələbə qazanan Argentinaya cəmi 10 xal verilib. Bu da yoldaşlıq oyunlarında verilən xalla eynidir.
Qeyd edək ki, İtaliya – Argentina oyunu Londondakı “Uembli”də baş tutub.
0
0