Futbola görə yaranan iğtişaşa görə Fransada 170 adam saxlanılıb
11.12.2022 - 18:53

Fransada yaşayan mərakeşlilərin dünya çempionatının yarımfinalına çıxmalarını qeyd etmələri zamanı bir neçə şəhərdə iğtişaşlar baş verib.
Apasport.az xəbər verir ki, bununla əlaqədar Fransada 170-ə yaxın adam saxlanılıb.
Ən çox insan Parisdə saxlanılıb – 100 azarkeş. Onlardan 80-i nəzarətə götürülüb. Bu 80 nəfərdən 23-ü azyaşlıdır.
Qeyd edək ki, Mərakeş millisi tarixdə dünya çempionatının yarımfinalına çıxan ilk Afrika komandası olub.
0
0