İngiltərə Premyer Liqasının 2023/24 mövsümünün reqlamenti
24.05.2023 - 22:39

İngiltərə Premyer Liqasının 2023/24 mövsümünün başlama və bitmə tarixi məlum olub.
Apasport.az saytı xəbər verir ki, növbəti çempionat avqustun 12-də start götürüb, mayın 19-da yekunlaşacaq.
İngiltərədə yay transfer pəncərəsi iyunun 14-də açılacaq. Komandalar sentyabrın 1-dək yeni oyunçuları heyətə qata biləcəklər. Qış transfer pəncərəsi isə yanvarın 1-dən fevralın 1-dək davam edəcək.
Qeyd edək ki, reqlamentə görə, yanvarın 13-20-də qış fasiləsi olacaq.
0
0