"İnter" derbidədən qalib ayrılıb Superkuboku qazandı
19.01.2023 - 01:05

İtaliya Superkubokunun qalibi bəlli olub.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilən görüşdə "İnter" əzəli rəqibi "Milan"ı 3:0 məğlub edib.
"İnter" bununla da ardıcıl 2-ci, tarixində 7-ci dəfə İtaliya Superkubokunu qazanıb.
0
0