"Kalyari"dən səfər qələbəsi, Leççedə hesab açılmadı
05.01.2025 - 22:03

İtaliya A Seriyasında XIX turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün 2 matç baş tutub.
"Montsa" "Kalyari"ni qəbul edib. 3 qolun vurulduğu görüşdə qonaqlar qələbəyə seviniblər - 2:1.
"Cenoa" isə "Leççe" səfərinə yollanıb. Qarşılıqlı hücumlar şəraitində keçən dueldə hesab açılmayıb.
Qeyd edək ki, turnir cədvəlinə 44 xalla "Napoli" başçılıq edir.
İtaliya A Seriyası
XIX tur
"Montsa" - "Kalyari" - 1:2
"Leççe" - "Cenoa" - 0:0
0
0