
Konfrans Liqasında II təsnifat mərhələsi start götürür.
Apasport.az saytının məlumatına görə, ilk gündə 3 qarşılaşma keçiriləcək.
“Hibernians”, “Tirana” və “La Fiorita” doğma azarkeşləri önündə cavab matçı öncəsi üstünlük əldə etməyə çalışacaq.
Mərhələnin digər oyunları iyulun 20-21-də baş tutacaq. Cavab qarşılaşmaları isə ayın 26-28-i aralığında olacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
19 iyul
22:00. “Hibernians” (Malta) – “Levadiya” (Estoniya)
22:00. “Tirana” (Albaniya) – “Zrinski” (Bosniya və Herseqovina)
22:45. “La Fiorita” (“San-Marino) – “Ballkani” (Kosovo)