Lebondan dubl, komandasından qələbə
19.11.2024 - 23:54

"Neftçi"nin futbolçusu Kilan Lebon Saint Martin millisində növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, onun komandası KONKAKAF Millətlər Liqası çərçivəsində Qrenada ilə qarşılaşıb.
Oyun Saint Martinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Lebon görüşdə dubl edib. Futbolçu həmçinin matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, Saint Martin 6 oyundan sonra öz qrupunda 6 xalla sonuncu yerdədir.
0
0