
“Rəqibin kimliyindən asılı olmayaraq, baş məşqçimiz tələbkardır və bizdən diqqətli olmağımızı istəyir”.
Apasport.az saytı xəbər verir ki, bunu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Dortmund "Borussiya"sı ilə oyundan əvvəl PSJ-nin kapitanı Markinyos komandanın baş məşqçisi Luis Enrike haqda danışarkən deyib.
29 yaşlı müdafiəçi ispan məşqçinin tələbkarlığını xüsusi vurğulayıb: “Rəqib kim olursa olsun, Luis Enrike çox tələbkardır və işinə sadiqdir. O, məşqlərdə fikirlərini bizimlə bölüşür. Enrikenin aydın məqsədləri var. Onun üçün hər bir yarış vacibdir”.
Qeyd edək ki, PSJ - "Borussiya" matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.