
Qətərdə keçirilən dünya çempionatının I turunda Səudiyyə Ərəbistanının qapısına penaltidən yol tapan Lionel Messi Argentina millisinin tarixinə düşüb.
Apasport.az xəbər verir ki, ulduz hücumçu 4 fərqli mundialda qol vuran ilk argentinalı futbolçu olub.
PSJ-nin üzvü "albiseleste"nin heyətində DÇ-2006, DÇ-2014, DÇ-2018-dən sonra DÇ-2022-də qol vurmağı bacarıb.
O, bu göstəricidə "gümüşlər ölkəsi"nin əfsanəvi futbolçuları Dieqo Maradona və Qabriel Batistuta qabaqlayıb. Adıçəkilən keçmiş futbolçular 3 dünya çempionatında qol sevinci yaşamışdı.
Qeyd edək ki, Lionel Messi Argentina yığmasının heyətində 166 matçda 92 qol vurub.