Messi Ronaldoya çatdı
22.11.2022 - 14:24

Qətərdə keçirilən dünya çempionatının ilk turunda Səudiyyə Ərəbistanı ilə qarşılaşan Argentina 1:0 hesabı ilə öndədir.
Apasport.az saytının məlumatına görə, görüşün 10-cu dəqiqəsində penaltidən fərqlənən Cənubi Amerika təmsilçisinin kapitanı Lionel Messi mundiallardakı qol sayını 7-yə çatdırıb.
35 yaşlı superulduz buna 20-ci matçında nail olub. Messi bununla Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldoya çatıb. 37 yaşlı forvard isə 17 görüşdə 7 dəfə fərqlənib.
Qeyd edək ki, C qrupunda yer alan Argentina yığmasının digər rəqibləri Meksika və Polşadır.
0
0