
Argentina millisinin futbolçusu Lionel Messi daha bir statistikada Dieqo Maradonaya çatıb.
Apasport.az saytı xəbər verir ki, 35 yaşlı forvard buna dünya çempionatında Meksika ilə oyunda (2:0) fərqlənməklə nail olub.
O, bununla DÇ-lərdə vurduğu qol sayını 8-ə çatdırıb. Messi qol sayını həmvətənləri Dieqo Maradona və Gilyermo Stabile ilə bərabərləşdirib.
Hazırda PSJ-li hücumçu mundiallarda qol sayına görə argentinalılardan təkcə Qabriel Batistutadan (10) geri qalır.
Lionel Messi "gümüşlər ölkəsi"nin heyətində son 6 görüşündə 12 dəfə fərqlənib.
Qeyd edək ki, Argentina qrup mərhələsində sonuncu matçını Polşa yığmasına qarşı keçirəcək.