
UEFA Millətlər Liqasının II turunda bu gün 9 oyun baş tutub.
Apasport.az xəbər verir ki, A, B, C, D liqalarında yer alan komandalar üz-üzə gəliblər.
İlk turda Çexiyanı evə əliboş yola salan Gürcüstan bu dəfə Albaniyaya yollanıb. Niderland isə "doğma divarlar" arasında Almaniyanı qonaq edib.
UEFA Millətlər Liqası
II tur
10 sentyabr
A Liqası
22:45. Macarıstan - Bosniya və Herseqovina 0:0
22:45. Niderland - Almaniya 2:2
B Liqası
22:45. Albaniya - Gürcüstan 0:1
22:45. Çexiya - Ukrayna 3:2
22:45. İngiltərə - Finlandiya 2:0
22:45. İrlandiya - Yunanıstan 0:2
C Liqası
20:00. Latviya - Farer adaları 1:0
22:45. Şimali Makedoniya - Ermənistan 2:0
D Liqası
22:45. Andorra - Malta 0:1
Qeyd edək ki, C Liqasının I qrupunda yer alan Azərbaycan yığması ilk turda İsveçə 1:3, II turda isə Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.