Millimiz 4-cü pillənin sahibi olub
10.10.2024 - 19:55

Xorvatiyada keçirilən 23 yaşadək minifutbolçular arasında dünya çempionatına sona yaxınlaşır.
Apasport.az xəbər verir ki, millimiz də növbəti oyununu keçirib.
Yığmamız 3-cü yer uğrunda matçda Serbiya ilə üz-üzə gəlib. Komandamız 0:3 hesabı ilə uduzaraq bürünc medal şansını qaçırıb. Beləliklə, millimiz dünya çempionatında 4-cü yeri tutub.
Qeyd edək ki, bu gün keçiriləcək finalda Çexiya və Slovakiya qarşılaşacaq.
0
0