Noyerin DÇ-2022-dəki FAVORİTLƏRİ
21.11.2022 - 00:42

Almaniya yığmasının kapitanı Manuel Noyer Qətərdə keçirilən dünya çempionatı ilə bağlı maraqlı fikirlər səsləndirib.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı qapıçı DÇ-2022-dəki favoritlərini açıqlayıb.
O, Cənubi Amerika təmsilçilərini titulu qazanmağa daha şanslı sayıb: “Argentina və Braziliya kimi Cənubi Amerika komandaları hazırda əla formadadırlar. Ona görə də mənim üçün onlar titul üçün əsas favoritlərdir”.
Qeyd edək ki, Almaniya yığması E qrupunda İspaniya, Kosta Rika və Yaponiya ilə qarşılaşacaq.
0
0