
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Fransanın paytaxtı Parisdə keçiriləcək olimpiadanın ləğvi ilə bağlı şayiələrin yayılmasına münasibət bildirib.
Apasport.az xəbər verir ki, bu barədə IOC-un mətbuat xidməti məlumat yayıb.
“Bu, açıq-aydın Fransaya, IOC-a, onun prezidentinə və Yay Olimpiya Oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidir. Bu, heç bir fakta əsaslanmır. IOC prezidenti və bütün Olimpiya Hərəkatı iyulun 26-da keçiriləcək açılış mərasimindən başlayaraq, Parisdə təşkil olunacaq möhtəşəm olimpiadanı səbirsizliklə gözləyir”, - bəyanatda bildirilib.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 14-dək gerçəkləşəcək.