"Qalatasaray" "Fənərbağça"nı liderlikdən saldı
25.12.2022 - 22:39

Türkiyə Super Liqasında lider dəyişib.
Apasport.az xəbər verir ki, "Qalatasaray" bu gün öz meydanında "İstanbulspor"u 2:1 məğlub edib.
"Qalatasaray"dan hər 2 qolu ilk hissədə fransalı hücumçu Bafetimbi Qomis vurub. Bu qələbədən sonra xalını 30-a çatdıran "Qalatasaray" "Fənərbağça"nı liderlik kürsüsündən salıb.
Qeyd edək ki, "Fənərbağça"nın 29 xalı var.
0
0