Rusiya İranla heç-heçə etdi
23.03.2023 - 23:23

Rusiya millisi bu gün İranla yoxlama oyunu keçirib.
Apasport.az xəbər verir ki, görüş Tehranda "Azadi" stadionunda olub. Matç 1:1 hesabı ilə başa çatıb.
Hesabı 29-cu dəqiqədə Rusiya yığmasından Anton Mirançuk açsa da, bərabərlik qolunu 47-ci dəqiqədə "Portu"nun hücumçusu Mehdi Taremi vurub. Hər 2 qol penaltidən rəqib qapısına göndərilib.
Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandası beynəlxalq yarışlardan kənarlaşdırılıb. Ona görə də komanda yoxlama görüşləri keçirmək qərarına gəlib.
0
0