Superkompüterdən proqnoz: Çempion kim olacaq?
13.12.2022 - 09:59

DÇ-2022-nin yarımfinal mərhələsi ərəfəsində komandaların çempionluq şansı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Five Thirty Eight” şirkətinin superkompüteri 4 yığmanın qızıl medal ehtimallarını hesablayıb.
Əsas favorit Argentina hesab olunur. Fransa ikinci, Xorvatiya üçüncüdür. Superkompüter Mərakeşi ən az şanslı hesab edir.
1. Argentina – 37 faiz
2. Fransa – 35 faiz
3. Xorvatiya – 16 faiz
4. Mərakeş – 12 faiz
0
0