U-16 Türkiyə millisinə uduzdu
04.10.2024 - 21:57

Türkiyənin Ərzurum şəhərində keçirilən “U-16 Türkdilli Ölkələr Turniri” davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi bu gün ikinci oyununu keçirib.
U-16 Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Türkiyə seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
0
0