Xorvatiya gözəli yenə açıq-saçıq geyimlə stadiona gəldi - FOTOLENT
09.12.2022 - 20:09

2016-cı ilin Xorvatiya gözəli seçilmiş İvana Knöll yenidən Qətərdə keçirilən dünya çempionatı matçına açıq-saçıq forma ilə gəlib.
Apasport.az xəbər verir ki, o, stadiona Xorvatiya millisinin formasının rənginə uyğun dəri topik və dar qırmızı dəri şalvarda gəlib.
O, 1/4 final mərhələsinin Xorvatiya – Braziliya matçını tribunadan izləyir.
Qeyd edək ki, onun bu formada gəlişi dəfələrlə yerli sakinlərin narazılığına səbəb olub. Bu barədə yerli və xarici mətbuatda ondan kifayət qədər müsahibə götürülüb, xəbərlər hazırlanıb.
0
0