"Zirə"nin potensial rəqibi müəyyənləşib - "Sumqayıt"ın intiqamını almaq şansı
05.08.2024 - 16:16

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir Nyonda təşkil olunub.
Mübarizəyə 3-cü turda davam edən "Zirə" "Osiyek" səddini aşarsa, pley-offda "Fehervar"-"Omoniya" cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, "Fehervar" bundan öncəki turda təmsilçimiz "Sumqayıt"ı mübarizədən kənarlaşdırmışdı.
Macarların Kipr təmsilçisini də keçməsi halında "Zirə" "Sumqayıt"ın intiqamını ala bilər.
0
0