Boksçularımız Almaniyada çempion olublar
29.11.2024 - 00:02

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Boks klubunun üzvləri “Fuhne-Pokal 2024” turnirində iştirak ediblər.
Apasport.az xəbər verir ki, Görzig şəhərində keçirilən turnir boksçuların reytinqi baxımından böyük əhəmiyyət daşıyıb.
Almaniyanın müxtəlif şəhərlərindən 100-dən artıq idmançının qatıldığı yarışda "Odlar Yurdu" 4 idmançı ilə təmsil olunub. Klubun kiçik yaşlı üzvləri Dmitro Turkulets ve Halili Bleorent turniri qalibiyyətlə başa vurub.
0
0