Qadın boksçularımız ilin ilk hazırlığına start veriblər
15.01.2025 - 11:37

Qadın boksçulardan ibarət Azərbaycan millisi ilin ilk hazırlığına başlayıb.
Apasport.az xəbər verir ki, yığma Şəkidə təlim-məşq toplanışındadır.
Əsas diqqət idmançıların ümumi fiziki hazırlığına yönələcək. Məşqlərdə 8 boksçu iştirak edir.
Hazırlıq prosesi yanvarın 25-də başa çatacaq.
0
0