Əbu-Dabidə 6 cüdoçumuz yarışa başlayır
11.10.2024 - 11:44

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri start götürür.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxacaq.
Kişilər arasında -60 kq. çəkidə Rövşən Əliyev və Əhməd Yusifov, -66 kq. çəkidə Kəramət Hüseynov və Ruslan Paşayev medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə -48 kq. çəkidə Leyla Əliyeva, -57 kq. çəkidə Acelya Toprak güclərini sınayacaq.
İlkin görüşlər saat 11:00-da başlayacaq.
- Rauf Əliyev: “Çətin də olsa, Avstriya və İsveçdən xal almaq mümkündür”
- “Liverpul”dan növbəti qələbə, Amorimin debütü uğurlu alınmayıb
- DÇ-nin bütün matçlarını izləmiş jurnalist rekordlar kitabına salınmadı
- Kuba və Azərbaycan Gimnastika Federasiyaları arasında anlaşma imzalanıb
- "Milan"a nigeriyalı hücumçu
0
0