Millimizdən növbəti medal
29.09.2024 - 19:44

Çexiyanın paytaxtı Praqada təşkil olunan cüdo üzrə Açıq Avropa turniri başa çatıb.
Apasport.az xəbər verir ki, bu gün millimiz daha bir medal qazanıb.
100+ çəki dərəcəsində Qamzatxan Qamzatzanov fəxrü kürsüyə yüksəlib. O, yalnız həlledici görüşdə uduzaraq, ikinci yeri tutub.
Qeyd edək ki, yığmamız turniri 3 medalla başa vurub. Bunadək Rəşad Yelkiyev (66 kq) qızıl və Hüseyn Allahyarov (60 kq) gümüş medal qazanıb.
0
0