Veteran cüdoçularımız dünya çempionatında 4 medal qazanıb
08.11.2024 - 17:59

Azərbaycanın veteran cüdoçuları dünya çempionatında 4 medal qazanıb.
Apasport.az xəbər verir ki, ABŞ-nin Las-Veqas şəhərində keçirilən usta cüdoçular arasında dünya çempionatının sonuncu günündə F5 yaş kateqoriyası Zülfiyyə Hüseynova (70 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışda 2 qızıl və 2 bürünc medal əldə edib. Veteranlarımız çempionatı ümumi hesabda 12-ci yerdə başa vurub.
0
0