Ukraynadakı bütün oyunların yeri dəyişdirildi
22.02.2022 - 16:58

Avropa Həndbol Federasiyası Ukraynada keçirilməli olan bütün beynəlxalq oyunların yerini dəyişib.
Apasport.az saytının məlumatına görə, buna ölkə daxilindəki siyasi gərginlik səbəb olub.
Kişilər arasında Çempionlar Liqasının martın 1-dəki “Motor” – PSJ və iki gün sonrakı “Motor” – “Barselona” matçları Slovakiyada keçiriləcək. Qadın yığmasının AVRO-2022-nin seçmə mərhələsindəki matçları isə Çexiyaya keçirilib. Bu qarşılaşmalar martın 4-5-də baş tutmalı idi.
0
0