“Formula-1”də istefa
12.11.2024 - 19:29

"Formula-1"in yarış direktoru Nils Vittixi istefaya göndərilib.
Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federerasiyası (FIA) məlumat yayıb.
Açıqlamada Vittixə gələcək karyerasında uğurlar arzulanıb. Qarşıdakı Las-Veqas Qran-prisində bu vəzifəni Rui Markes tutacaq.
O, əvvəllər "Formula-1"də marşal, stüard, yarış direktorunun müavini işləyib, bundan başqa müxtəlif çempionatlarda yarış direktoru kimi fəaliyyət göstərib.
0
0