Nadal qolf yarışında 8-ci olub
26.11.2024 - 19:28

Sabiq tennisçi Rafael Nadal Balear adalarında keçirilən qolf yarışında iştirak edib.
Apasport.az xəbər verir ki, ispaniyalı 76 iştirakçı arasında 8-ci yeri tutub.
38 yaşlı idmançı daha əvvəl fevralda Malyorkada keçirilən həvəskar qolf turnirinin qalibi olub.
O, ötən həftə tennis karyerasını başa vurduğunu açıqlayıb.
0
0