Paraüzgüçümüz 1 dəst medal qazandı
25.04.2024 - 23:05

Paraüzgüçümüz Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında növbəti medalını qazanıb.
Apasport.az xəbər verir ki, o, 100 metr məsafəyə sərbəst üsulla üzmədə 3-cü yeri tutub.
Bu, Saleyin Avropa çempionatında 3-cü medalı olub. Raman 100 metr məsafəyə arxasıüstə üzmədə qızıl, eyni məsafəyə kəpənək üsulla üzmədə isə gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan yığması turnirdə 4 medal qazanıb. Komandamızın digər üzvü Vəli İsrafilov Avropa çempionu tituluna yiyələnib.
0
0