Bir döyüşə 10 milyon dollar qazanacaq
26.03.2024 - 16:21

Avstraliyalı Tim Tszyunun amerikalı Sebastyan Fundora ilə döyüşündəki qonorarı məlum olub.
Apasport.az xəbər verir ki, dünya çempionu döyüşə görə 10 milyon dollar qazanacaq.
Birdəfəlik ödəniş Avstraliya idmanı üçün rekord olacaq. Əvvəlki rekord keçən il "LIV Golf London"da təxminən 6,5 milyon dollar qazanan qolfçu Kemeron Smitə məxsus idi.
Tszyu və Fundora arasında döyüş martın 31-nə keçən gecə ABŞ-nin Las-Veqas şəhərində baş tutacaq.
- Veteran cüdoçuların Azərbaycan çempionatı keçiriləcək
- Yeqor Titov finaldan nə gözləyir?
- Emin İmaməliyev: “Onlar “Qarabağ”ın gücünə güc qatacaq futbolçulardır" - MÜSAHİBƏ
- Rəşad Sadiqov: "Millinin baş məşqçisinə hər zaman təzyiq olacaq, çünki..." - Müsahibə
- “Hamburq” arxaya çəkilib “avtobus” kimi dayanmayacaq
0
0