Felpsin rekordu təzələndi
23.07.2023 - 17:37

Yaponiyada keçirilən üzgüçülük üzrə dünya çempionatında yeni dünya rekordu qeydə alınıb.
Apasport.az saytı xəbər verir ki, əfsanəvi Maykl Felpsin nəticəsi yenilənib.
Bu uğuru fransalı Leon Marşan imza atıb. O, 400 m məsafəyə kompleks üzmədə 4.02,50 nəticə göstərib. Bununla da, Leon 23 qat Olimpiya, 26 qat dünya çempionu Felpsin nəticəsini yaxşılaşdırıb. Əvvəlki rekord (4.03,84) Pekin-2008 Olimpiadasında qeydə alınmışdı.
Qeyd edək ki, Marşana qızıl medalı məhz Felps təqdim edib.
0
0