FIDE kişi və qadın şahmatçıların İddiaçılar Turnirini birgə keçirəcək
26.01.2023 - 00:52

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2024-cü ilin aprelində kişi və qadın şahmatçıların İddiaçılar Turnirini birgə keçirəcək.
Apasport.az xəbər verir ki, hər bir turnirdə 8 şahmatçı iştirak edəcək. Hər iki turnirin mükafat fondu 750 min avro təşkil edəcək.
Qeyd edək ki, yarışların Əsasnaməsi iyulun 1-dək təsdiqlənəcək.
0
0