Krakov-2023: İlk medalçılar müəyyənləşdi
22.06.2023 - 13:25

Krakov-2023 III Avropa Oyunlarında ilk medal dəsti sahibini tapıb.
Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə sinxron üzgüçülükdə qaliblər bəlli olub.
Qarışıq komanda yarışında İtaliya yığması çempion adını qazanıb. Corcio Minisini və Lukreziya Ruggiero 242,3599 xal toplayıb. İspaniyalılar Emma Qarsiya və Dennis-Boneu Qonzales 216,5867 xalla ikinci olub. Beatris Lennon Krass və Ranjuo Çarls Tomblinin yer aldığı Böyük Britaniya millisi 203,4916 xalla “üçlüy”ü qapayıb.
Qeyd edək ki, Avropa Oyunlarında 253 dəst medal sahibini tapacaq.
- Qara Qarayev: "Futbolçular Çempionlar Liqasının himni altında meydana çıxmağı gözləyirdi"
- Murad Musayev: "İdeal olaraq bir aydan sonra yenidən işə başlamaq istərdim, amma..."
- “Viktoriya”nın xilaskarı: “Qarabağ”da fərdi keyfiyyətlər möhtəşəmdir”
- Yığmamızın hücumçusu: “Səhvlərdən qaça bilmədik”
- Turin klubunu “İnter”ə dəyişir
0
0