Qretskinin hokkey çubuğu hərracda
19.07.2023 - 01:43

Əfsanəvi Ueyn Qretskinin hokkey çubuğu hərracda 500 min dollara satılacaq.
Apasport.az saytı xəbər verir ki, o, Stenli kubokunun 1988-ci ilin “Edmonton” - “Boston” finalında qələbə qolunun müəllifi olub.
Hərrac iyulun 24-də Nyu-Yorkda açılacaq. Hokkey çubuğunun 500 min dollardan yuxarı satılacağı gözlənilir. Əvvəllər Ueynin NHL-in son matçında geyindiyi forma hərracda 715 min dollara satılıb.
Qeyd edək ki, Qretski 12 qol və 31 ötürmə ilə 1988-ci ildə “Edmonton”unun qələbəsi ilə yekunlaşan Stenli kubokunun ən dəyərli oyunçusu seçilib.
0
0