
“Formula-1” üzrə Macarıstan Qrn-Prisi keçirilib.
Apasport.az saytı xəbər veri ki, yarış Maks Ferstappenin qələbəsi ilə başa çatıb.
“Red Bull” sürücüsü ardıcıl 7-ci, mövsümdə isə 9-cu dəfə yürüşü birinci başa vurub. Komanda isə dalbadal 12 qələbə ilə yeni rekorda imza atıb. O, “Maklaren”in 1988-ci ildəki 11 qələbəlik seriyasını geridə qoyub. Ümumiyyətlə, “Red Bull” son 22 Qran-Prinin 21-də birinci olub.
Bu qələbədən sonra Ferstappen xallarının sayını 281-ə yüksəldib. Komanda yoldaşı Serxio Peresin 171, Fernando Alonsonun isə 139 xalı var.
Qeyd edək ki, Macarıstan Qran-Prisində Lando Norris ikinci, Serxio Peres isə üçüncü yeri tutub.
- "Qarabağ" və "Neftçi"nin oyunlarına FIFA referiləri təyinat alıb
- “Araz-Naxçıvan”dan 6 transfer
- “Lex”in məşqçisi: “Qarabağ”ın ən böyük qüvvəsi onlardır”
- Frits Ştuxlik və Sərxan Hacıyev Elçin Məsiyevə xüsusi mükafat verdi
- Azərbaycan badmintonçularının Paris-2024 Yay Olimpiya Oyunlarındakı rəqibləri müəyyənləşib