Azərbaycan yığması Burqasda qızıl medal qazandı
12.05.2024 - 11:50

Akrobatika gimnastikası üzrə gənclərdən ibarət Azərbaycan yığması “Acro Cup” adlı beynəlxalq yarışda uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, millimiz Bolqarıstanın Burqas şəhərində keçirilən yarışda çoxnövçülükdə qızıl medal qazanıb.
Zəhra Rəşidova, Anahita Bashiri və Nəzrin Zeyniyevadan ibarət üçlük uğurlu çıxış edərək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Sabir Ağayev və Milana Əliyevadan ibarət qarışıq cütlük və Murad Rəfiyev-Daniel Abbasov kişi dueti finala vəsiqə qazanıb.
- Tanınmış futbolçumuzun atası HƏBSDƏ ÖLDÜ: anasını güllələmişdi...
- Hikmət Səmədov: "Bu cür tədbirlərin keçirilməsi Azərbaycan idmanı üçün çox önəmlidir"
- Azərbaycanın basketbol yığmaları təsnifat mərhələsində mübarizəyə başlayır
- İtaliya klubları "Liverpul"un futbolçusu ilə maraqlanır
- Kurtar: “Əminəm ki, “Qarabağ” – “Qalatasaray” görüşündə stadion tam dolacaq”
0
0