Bədii gimnastika üzrə Avropa çempionatı Tallində baş tutacaq
28.05.2024 - 19:14

Bədii gimnastika üzrə növbəti Avropa çempionatı Estoniyanın paytaxtı Tallində keçiriləcək.
Apasport.az xəbər verir ki, bu növdə 2025-ci ilin ən nüfuzlu qitə yarışının tarixi də dəqiqləşib.
Yarış iyunun 4-8-də keçiriləcək. Bu çempionatla yeni olimpiya tsikli start götürəcək.
Qeyd edək ki, Estoniya ilk dəfə bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
0
0