İdmançımız beynəlxalq yarışda gümüş medal qazandı
22.04.2024 - 17:58

Millimizin üzvü Sofiya Məmmədova "Bosphorus Cup" adlı beynəlxalq yarışda fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
İdmançımız 19-21 aprel tarixlərində bədii gimnastika üzrə Türkiyənin İstanbul şəhərində keçirilən yarışlarda halqa proqramında gümüş medal sahibi olub.
0
0