Təmsilçilərimiz Böyük Britaniya çempionatında
03.10.2024 - 20:53

Azərbaycan tamblinqçiləri Böyük Britaniyaya yola düşüblər.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz oktyabrın 4-6-da Telford şəhərində keçiriləcək tamblinq üzrə Böyük Britaniya çempionatında iştirak edəcəklər.
Yığmamızın heyətində Bilal Qurbanov, Mixail Malkin, Hüseyn Əsədullayev böyüklərin, Aleksey Karataşov isə gənclərin yarışında qüvvəsini sınayacaq. Heyətə Adil Hüseyn-zadə rəhbərlik edəcək.
Qeyd edək ki, hakim Rahib Əliyev turnirdə ədaləti qoruyacaq.
0
0