
Müstəqil ölkə kimi iştirak etdiyimiz 7 Olimpiadada güləşçilərimiz 25 medal qazanıb.
Apasport.az Olimpiya Oyunları statistikamızı təqdim edir:
Bu vaxta qədər qazandığımız 25 medaldan 4-ü qızıl, 8-i gümüş, 13-ü isə bürüncdür.
Medalların əyarına görə, London-2012, sayına görə isə Rio-2016-da qazanılan uğur ən yaxşı nəticədir.
Beləliklə, güləşçilərimiz Atlantada 1 gümüş, Sidney və Afinada 1 qızıl, Pekin və Tokioda 1 gümüş, 2 bürünc, Londonda 2 qızıl, 2 gümüş, 3 bürünc, Rioda 3 gümüş, 6 bürünc qazanıb.
Qeyd edək ki, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında güləş yarışları bu gün start götürür.