İki güləşçimiz Avropa çempionatının finalında
29.06.2024 - 19:47

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, 2 sərbəst güləşçimiz yarımfinala vəsiqə qazanıb.
Muhamməd İsmayılov (51 kq) finalda mübarizə aparacaq. O, gürcüstanlı Mate Tsinadzeyə qalib gələrək, bu hüququ əldə edib.
60 kq Hüseyn İsmayılov yarımfinalda türkiyəli güləşçi Bilal İncedən güclü olub. Təmsilçimiz 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.
- “Tottenhem”dən Kuluşevski üçün iki variant
- Fərid Qayıbov Parisdə idman nazirlərinin beynəlxalq forumunda iştirak edib
- Mourinyu: "Məni qovduran hakim Turindəndir"
- Azərbaycan çempionunun bəxtinə Xorvatiya klubu düşdü – “Azərreyl” üçün “Slovan”
- FİFA-nın yeni layihəsi bizə nə qatacaq? - Futbol ictimaiyyətinin fikirləri
0
0