Azərbaycanlı hakimlər Avropa Kubokunda
25.11.2024 - 18:54

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar.
Apasport.az xəbər verir ki, təcrübəli referilər kişi həndbolçuların EHF Avropa Kubokunun üçüncü mərhələsinin “Vardar” (Şimali Makedoniya) - “Melzungen” (Almaniya) matçında ədaləti qoruyacaqlar.
Qeyd edək ki, görüş noyabrın 26-da Şimali Makedoniyanın paytaxtı Skopyedəki "Yane Sandanski" arenasında keçiriləcək.
0
0