İdmançımız Xorvatiyada bürünc medal qazanıb
28.06.2024 - 10:38

Azərbaycan karateçisi Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən “Karate 1” Liqa yarışında bürünc medal qazanıb.
Azərbaycan Karate Federasiyasından (AKF) apasport.az-a verilən məlumata görə, o, 21 yaşadək idmançıların mübarizəsində fərqlənib.
Qeyd edək ki, yarışda yığmaya AKF-nin baş katibi Qabil Sayadov və gənclərdən ibarət komandanın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.
0
0